Məktəb direktoru şagirdi zorlamaqda ittiham edilir

15 Noyabr 2016 23:10 (UTC+04:00)

Avropa.info məlumatına görə, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə şagirdlərindən birini zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün polis tərəfindən saxlanıldığı qeyd edilir.

Hazırda Ceyhun Tofiqli haqqında cinayət işi başladılıb və iş Zərdab rayon prokurorluğu tərəfindən araşdırılır.

Zərdab rayon polis şöbəsi faktı təsdiqləyib. Şöbədən bildirilib ki, cinayət işi araşdırılmaq üçün Zərdab rayon prokurorluğuna göndərilib.

AzNews.az