Qanunsuz odlu silah və narkotik satanlar saxlanıldı - Video + Foto
16 Noyabr 2016 15:48 (UTC+04:00)
ARB TV xəbər verir ki, Zəngilan Rayon Polis Şöbəsinə Şirvan şəhər sakinləri Cabbar Umudov və Kamil Cəfərovda külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş hər iki şəxs 1 kiloqram çəkidə narkotik vasitə olan heroini 10000 manata satmaq istəyən zaman saxlanılıblar.
Kamil Cəfərov - Saxlanılan şəxs: "Bağlamada narkotik vasitə olan hereoin satarkən polislər tərəfindən tutuldum".
Fakt üzrə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.