Fikrət Əmirova həsr olunmuş konsert keçiriləcək

7 Dekabr 2012 09:51 (UTC+04:00)
Dahi bəstəkar F.Əmirovun 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Dekabrın 8-nə təyin olunan konsertdə 30 saylı musiqi məktəbinin şagirdləri iştirak edəcək. Konsertdə müxtəlif alətlərdə bəstəkarın əsərləri ifa olunacaq.

Bahar Rüstəmli
AzNews.az