Nümayişçilər parlamentin iclas zalına daxil oldular
16 Noyabr 2016 23:47 (UTC+04:00)
"Report" "Reuters"ə istinadən xəbər verir ki, nümayişçilər Deputatlar Palatasının iclas zalını tutublar.
Nəticədə etirazçılarla onları binadan çıxarmağa çalışan mühafizəçilər arasında münaqişə yaşanıb.
Nümayişçilərin məhz nə tələb irəli sürdükləri aydın deyil. Onlardan bəziləri prezident Mişel Temerin sağ-mərkəzçi hökumətinin həyata keçirməyi planlaşdırdığı özəlləşdirməyə qarşı şüarlar səsləndiriblər.
AzNews.az