Yaşayış binasında partlayış

7 Dekabr 2012 10:26 (UTC+04:00)


Bakıda yaşayış binasında partlayış olub, xəsarət alan var. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda partlayış nəticəsində ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 2-ci mərtəbəsində mənzil 12-də yaşayan vətəndaşa məxsus mənzildə partlayış olub.

Ümumi sahəsi 68 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin əsas divarları və 3 otağının tavanı, 1-ci mərtəbədə isə mənzil 10-da yaşayan digər vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan 3 otaqlıı mənzilin 2 otağının əsas divarları dağılıb.

Partlayış zamanı mənzil 12-də yaşayan Hüseynova Pərvanə Alı qızı müxtəlif dərəcəli yanıq xəsarəti ilə Yanıq Mərkəzinə aparılıb. Hadisə ilə əlaqədər müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az