Tanınmış yazıçının səhhəti pisləşdi - Yeriyə bilmir

17 Noyabr 2016 15:53 (UTC+04:00)

O, AzNews.az-a açıqlamasında yeriyə bilmədiyini bildirib:

"İstirahətə getmişdim. Orada yıxılmışam, ayağım sınıb. İki ildir ki, ayağımın üstündə gəzə bilmirəm. Uzun müddət xəstəxanada yatdım, Amma sümük birləşmir".

V.Babanlı müalicəsinin bu gün də ev şəraitində davam etdiyini deyib. Yazıçı ağır günündə onu yad edən dostlarına təşəkkür edib:

"Sağ olsun, Nizami Cəfərov, Zaməddin və başqaları tez-tez bizə gəlir. Anar da zəng edir, hal-əhval tutur".

Bahar RÜSTƏMLİ
AzNews.az