BMW 250 min X5-i geri çağırdı

7 Dekabr 2012 10:52 (UTC+04:00)
Aparıcı alman avtoistehsalçısı olan BMW bütün dünyada 250 min X5 markalı maşında qüsur ehtimalı barədə məlumat yayıb.

Qüsur X5 xDrive 35d-lərin sükan idarəsi gücləndiricisində aşkar olunub. ABŞ-ın yol hərəkəti təhlükəsizliyi admnistrasiyasından verilən məlumata görə, bununla əlaqədar 2008-ci il sentyabrın 1-dən 2012-ci il 15 noyabrına qədər olan dövrdə istehsal edilən avtomobillər geri çağırılacaq.

Məlumatda o da bildirlir ki, avtomobillərdəki qüsur idarəetməni çətinləşdirməklə yanaşı, qəza vəziyyəti də törədə bilər. Təkcə Amerikada bu markadan olan 29 800 maşın geri çağırılacaq. Kanadada bu rəqəm 5,5 min təşkil edir.

Hələlik isə Avropada qüsurlu maşınların siyahısı dəqiqləşdirilir. Ancaq mətbuat ümumilikdə 250 min maşının geri çağırılacağı barədə məlumat yayıb. Proses 2013-cü ilin yanvarında başlayacaq.

Elnarə Əlosmanqızı
AzNews.az