Evdən içi dolu seyf aparıldı
17 Noyabr 2016 19:32 (UTC+04:00)
Report-un xəbərinə görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi ev 118 mənzil 1 ünvanında qeydə alınıb. Belə ki, 40 yaşlı Könül İbrahimovaya məxsus mənzilə naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Mənzildəki içərisində 8 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyası olan dəmir seyf aparılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
AzNews.az