Davudoğlu Lavrovla Qarabağı müzakirə etdi

7 Dekabr 2012 11:00 (UTC+04:00)
"Qarabağ məsələsi ilə bağlı Ermənistanla Azərbaycan arasında gedən müzakirələrinin nəticələnməsini istəyirik". APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Sabah" qəzetinə müsahibəsində deyib.

O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İstanbulda keçirdiyi görüşdə Qarabağ məsələsini də müzakirə etdiklərini söyləyib: "Gələn il Azərbaycanda və Ermənistanda prezident seçkiləri olacaq. Bu ərəfədə münasibətlərdə irəliləyiş əldə etmək çətindir.

Psixoloji mühit uyğun deyil. Biz Qarabağ məsələsində Ermənistan-Azərbaycan müzakirələrinin nəticələnməsini istəyirik. Bu, Türkiyənin də önünü açacaq".

AzNews.az