Meymun Bakıda tıxac yaratdı – FOTO

7 Dekabr 2012 11:26 (UTC+04:00)


Dünən axşam saatlarında Bakının mərkəzi küçələrindən birində sürücü ilə bərabər sükan arxasında oturan meymun maraqlı baxışların obyektinə çevrilib.

28 may küçəsi ilə hərəkət edən xarici markalı avtomobildə sürücü ilə eyni oturacağı paylaşan meymunun hərəkətləri, geyimi diqqətləri çəkib. Ətrafdakıların maraqlı baxışları altında yoluna davam edən avtomobilin sürücüsü isə heç nəyə reaksiya verməyib və meymunun fotolarının çəkilməsinə də mane olmayıb.

Məsələ burasındadır ki, meymunun geyiminə, qəribə hərəkətlərinə tamaşa etmək istəyən nəqliyyat vasitələrinin sürücüləri maşını az sürətlə idarə etməklə tıxaca səbəb olublar. Xüsusən uşaqlar sükan arxasında sahibi ilə bərabər oturan meymunu maraqla izləyiblər. Meymun isə ona tuşlanan maraqlı baxışlardan bəzən əsəbiləşərək əl-qolunu oynatmaqla insanlara etirazını bildirib.

Elnur Əzimov
AzNews.az