“Milyardları olanın qarnına sancı girməz ki, mənə bir milyon versə”- Bilal Əliyev
18 Noyabr 2016 14:39 (UTC+04:00)
57 yaşlı sənətkar AzNews.az-a açıqlamasında doğum gününü quran oxumaqla keçirəcəyini deyib:
"Bu gün mənim üçün gözəl gündü. Dünyaya gəlmişəm. Allah mənə can sağlığı verib, ayağımın üstündə yeriyə və normal düşünə bilirəm. Sağ-salamat olmağıma görə, bütün günü quran oxuyub, Allahıma şükür edəcəm".
Sənətçi bu saata kimi 400-dən yuxarı təbrik aldığını deyib.
Müğənni devalvasiyadan sonra toya getmədiyini bəyan edib:
"Toya getməyi hələlik saxlamışam. Çalışıram ki, toylara getməyim, ancaq konsert proqramları keçirib, sənətlə məşğul olum. Amma etiraf edim ki, mən toylara da getmişəm və çox da pul qazanmışam. İşimi elə qurmuşam ki, toylara getməyə ehtiyacım qalmayıb. Əgər toy üçün dəvət alsam, elə bir insan olar bilər ki, onun toyunu pulsuz oxuyaram. O ki qaldı konkret qiymətinə, bu dəvət edən şəxsin kimliyindən asılı olacaq. Məsələn, mənə həddindən artıq pullu insandan dəvət gəlsə, onda böyük məbləğ deyərəm. Mən insanlara baxıram, pulu aşıb-daşan, milyardları olanın qarnına sancı girməz ki, mənə bir milyon versə. Milyardı var, o, mənə bir milyon versə, qalan vaxtarımda da təmannasız oxuyaram".
Bahar RÜSTƏMLİ
AzNews.az