Məşhur xəbər agentliyi müflis oldu

7 Dekabr 2012 11:49 (UTC+04:00)
İqtisadi böhran Avropada media orqanlarına da təsirsiz ötüşməyib. Fransanın məşhur Sipa xəbər agentliyinin müflisləşdiyi bildirilib. Məsələ ilə bağlı açıqlama verən Paris Ticarət Məhkəməsi Avropa və Fransanın ən böyük foto agentliyi olan Sipa Press-in tərkibində qurulan xəbər agentliyinin rəsmən müflisləşdiyini təsdiq edib.

Bir neçə ay əvvəl yaradılan və AFP-dən sonra Fransanın ən böyük agentliyinə çevrilən Sipa-da 120 jurnalist işləyirdi. Agentliyin müflisləşməsinə səbəb isə onun ən böyük hissədarı Almaniyanın xəbər agentliyi DAPD-nin noyabr ayında müflisləşdiyini açıqlaması olub.

Qeyd edək ki, Sipa Press 1973-cü ildə türk jurnalist Gökşin Sipahioğlu tərəfindən yaradılmışdı. Sipahioğlu 2001-ci ildə onu "Sud Communication" şirkətinə satmışdı.

Tərlan
AzNews.az