Paytaxtda güclü partlayış - FHN məlumat yaydı - YENİLƏNİB

7 Dekabr 2012 14:45 (UTC+04:00)


Fövqəladə Hallar Nazirliyi Biləcəridə baş verən partlayışla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörəkbişirmə sexində partlayış olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunaraq aidiyyəti qurumlar məlumatlandırılıb. Müəyyən olunub ki, partlayış nəticəsində yanğın baş verməyib, sex və ona bitişik tikili zədələnmişdir.

İlkin məlumata əsasən 3 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədər müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

14:03

***

Bu gün Bakı şəhərinin Binəqədi rayonu ərazisində güclü partlayış baş verib. Lent.az-ın verdiyi məlumata görə, Biləcəri qəsəbəsində, Biləcəri körpüsü kimi adlanan nəqliyyat ötürücüsünün yaxınlığında yağ sexində güclü partlayış olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri, hüquq mühafizə orqanlarının nümayəndələri yollanıb. İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları göndərilib.

Elnarə Əlosmanqızı
AzNews.az