Ərdoğan NATO-ya xəbərdarlıq etdi

20 Noyabr 2016 16:37 (UTC+04:00)

APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqəli olan hərbçilərin, terrorçuların NATO-nun strukturlarında çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsi yolverilməzdir.

R. T. Ərdoğan terrorçuluqda günahlandırılan və NATO-dan sığınacaq istəyən türkiyəli zabitlərin ekstradisiya olunmasını tələb etdiklərini vurğulayıb.

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-nun müxtəlif strukturlarında çalışan Türkiyə ordusunun bir neçə zabiti sığınacaq istəyib.

AzNews.az