Sağ adamın başını meyitə calamaq istəyirlər
20 Noyabr 2016 20:34 (UTC+04:00)
Söhbət, sağ insanın başını meyitə tikməkdən gedir. Artıq bir neçə belə bir əməliyyat keçirilmişdir. O cümlədən italiyalı alim Sercio Kanovero siçan və it üzərində bu təcrübələri etmişdir. Əməliyyatlar nisbətən uğurla başa çatmışdır. Kanaveronun artıq könüllü pasienti də var. Bu, rusiyalı Valeri Spiridonovdur. O, əlil arabasına məhkum olunmuş bir xəstədir.
Layihənin sponsoru olaraq, Facebook-un təsisçisi Mark Sukerberqin adı çəkilir.
AzNews.az deyerler.org-a istinadən bildirir ki, psixoloqlar qeyd ediblər ki, hər bir insanın individuallığı onun beyini ilə müəyyən olunur. Hətta bizim əzələ yaddaşımız basketbol və pianinoda oynamağa yardım edir. Psixoloqlar bu əməliyyatdan sonra insanların əvvəlki kimliyinə malik olmayacağı ilə bağlı həyacan təbili çalırlar. Psixoloqların sözlərinə görə, bəzi insanlar daha yaxşı bədən quruluşuna malik olmaq üçün də bu əməliyyatlara əl atacaqlar.
Əgər əməliyyat uğurla başa çatacaqsa, bu, fantastikanın reallaşması deməkdir. Belə ki, "Professor Douelin başı" elmi-fantastik əsərin əsas ideyası real təzahür tapmış olacaqdır.