Öncəki günlərdə otlaq sahələri və yol sürüşməyə məruz qalırdısa hazırda sürüşmənin miqyası artaraq evlərə doğru istiqamət almaqdadır. Sakinlərin sözlərinə görə, əgər sürüşmə bu cür davam edərsə kəndin bir hissəsini böyük təhlükə gözləyir. Bu evdə isə yaşayışın təhlükəli olması səbəbindən ailə köçürülüb.
Evi təhlükə altına düşən kənd sakini Kərim Qasımov mənbəyi bəlli olmayan yeratı suların sürüşməni gücləndirdiyini deyir: "Bir neçə həftə öncə kəndə baş vermiş sürüşmə nəticəsində dağılmış kənd yolu da hələ bərpa olunmayıb. Yaşamaq mümkün deyil".