Qədir Rüstəmovun il mərasimi keçiriləcək

7 Dekabr 2012 15:23 (UTC+04:00)
Xalq artisti, tanınmış muğam ifaçısı, mərhum sənətkar Qədir Rüstəmovun ölümündən bir il keçir. Məhz bu məqsədlə dekabrın 15-də sənətkarın il mərasimi keçiriləcək.

Sənətkarın ailəsindən verilən məlumata görə, mərasim Ağdam Rayon İcra hakimiyyətnin başçısı Nizami Sadıqovun təşəbbüsü ilə Təzə Pir Məscidində baş tutacaq.

Bahar Rüstəmli
AzNews.az