“İhlas Holding”-in baş direktorunun müavini Bakıya gəldi - EKSKLÜZİV

7 Dekabr 2012 15:48 (UTC+04:00)
Bu gün Türkiyənin "İhlas Holding" Şirkətlər Qrupunun baş direktorunun müavini Murat Odabaşının başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

AzNews.az-ın məlumatına görə, səfər "Khazar Islands" (dənizdə şəhər) layihəsinin icraçısı olan "Avesta" Konserninin prezidenti Hacı İbrahim İbrahimovun dəvətilə reallaşıb.

Dekabrın 8-də isə Bakıda "Avesta" Konserni ilə "İhlas Holding" Şirkətlər Qrupu arasında reklam, marketinq və satış sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq. İmzalanacaq sənədə əsasən "Khazar Islands" layihəsinin beynəlxalq məkanda reklam kampaniyası ilə Türkiyənin "İhlas Holding" Şirkətlər Qrupu məşğul olacaq.

Onun sözlərinə görə, bir neçə gün əvvəl İstanbulda "İhlas Holding"-lə "Avesta" arasında əməkdaşlıq haqqında ilkin razılaşma imzalanıb. Sənədə əsasən, "Khazar İslands" çərçivəsində bütün reklam, marketinq və satış üzrə işləri "İhlas Holding" həyata keçirəcək.

"Avesta" Konserninin prezidenti İ.İbrahimli AzNews.az-a açıqlamasında 100-dən artıq şirkətin, o cümlədən Türkiyənin "TGRT" telekanalının daxil olduğu "İhlas Holding"lə gələcək əməkdaşlığı müsbət qiymətləndirib.

Vasif Həsənli
AzNews.az