Şaxtalı hava nə qədər davam edəcək?

23 Noyabr 2016 10:13 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Gülşad Məmmədova bəyan edib. Onun sözlərinə görə, bu gecə paytaxtda -2 dərəcə şaxta müşahidə edilib. Noyabr ayında bu cür hava şəraiti sonuncu dəfə 2011-ci ildə müşahidə edilib. Həmin ilin noyabr ayında paytaxtda -3 dərəcə şaxta müşahidə olunub.

Bu gün paytaxtda müşahidə olunan soyuq hava şəraitinə gəlincə isə, Gülşad Məmmədovanın sözlərinə görə, günorta saatlarından etibarən yağıntı tədricən kəsiləcək, tempratur ötən günlərə nisbətən tədricən yüksələcək.