Xaçmazda 5 yaşlı iki uşaq çayda boğuldu

7 Dekabr 2012 19:34 (UTC+04:00)
Bu gün günorta saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, Xaçmaz rayonun Nağıoba kənd sakinləri 5 yaşlı Ruslan Zəkiyev və onun həmyaşıdı Həzrət Novruzov çayda boğulub.

Hər iki uşağın meyiti ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az