Doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə - Sənəd qəbulu başlayır

24 Noyabr 2016 14:02 (UTC+04:00)

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2016/2017-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər bu il noyabrın 28-dən dekabrın 16-dək aparılacaq.

AzNews.az