Çayxanada qumarxana aşkarlandı
25 Noyabr 2016 20:33 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Şirvan şəhər polis şöbəsi əməkdaşları şəhərin S.Vurğun küçəsində yerləşən çayxanada qumarxana aşkar ediblər.
Orada şəhər sakinləri Səbuhi İdriszadə, Raqif Qasımov və Əzizağa Əzizzadə qumar oynadıqları üçün saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.