Psixiatrik xəstəxanada müalicə edilən oğlan öldü
25 Noyabr 2016 20:47 (UTC+04:00)
Lent.az-ın məlumatına görə, əslən Gəncədən olan və Xəzər rayonunda yaşayan 1993-cü il təvəllüdlü Bənicəlali Sənan Əliağa oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasında vəfat edib. Şok vəziyyətində reanimasiyaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.
S.Bənicəlalinin zəhərləndiyi ehtimal edilir. Bildirilir ki, bir neçə gün əvvəl o, Maştağadakı 1 nömrəli Ruhi-Əsəb Dispanserində müalicə olunubmuş.
Araşdırma aparılır.
AzNews.az