Azərbaycanlı rəssamın sərgisi keçirilib

8 Dekabr 2012 14:31 (UTC+04:00)
Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında sərgi təşkil olunub. Sözügedən sərgi Naxçıvan şəhərində sənətkarın adına olan rəsm qalereyasında açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən əldə olunan məlumata görə, sərgi prezident İlham Əliyevin "Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında" 13 aprel 2012-ci il tarixli 2155 nömrəli Sərəncamına əsasən keçirilir.

Bahar Rüstəmli
AzNews.az