Virtual reallıq meditasiya etməyə kömək edəcək
26 Noyabr 2016 18:42 (UTC+04:00)
AZƏRTAC xəbər verir ki, virtual reallıq cihazını geyinən istifadəçi "iPhone" qurğusunda proqramı işə salaraq 360 dərəcəli "sakitləşdirici vizual mühit"ə yüklənir. Həmin proqramın köməyi ilə dünyanın heyranedici yerlərinə səyahət etmək olar.
"Provata Health" şirkətinin baş direktoru Aleks Qoldberqin sözlərinə görə, rəhbərlik etdiyi şirkətin bütün sağlamlaşdırma proqramları klinik sınaqlardan keçib, ancaq yeni virtual reallıq proqramı eksperimentaldır. Onun effektivliyi elmi cəhətdən yoxlanılmayıb.
Hesab edilir ki, proqram beynin fəaliyyətinə sakitləşdirici təsir göstərir və zehni yüklənməni azaldır. "Provata VR" cihazı gündəlik istirahət sessiyalarının yuxuya necə təsir etdiyini öyrənməyə imkan verir.
AzNews.az