Kişiləri MÖVQE, qadınları PUL maraqlandırır

8 Dekabr 2012 13:37 (UTC+04:00)
Avstraliyalı mütəxəssislər qadın və kişilər arasında daha bir fərq aşkar ediblər. AzNews.az-ın məlumatına görə, mütəxəssislərin apardıqları araşdırmada kişiləri daha çox pul yox, status düşündüyü məlum olub.

Qadınlar isə kişilərdən fərli olaraq daha çox maddi təminatı əsas götürürlər. Kvinslend Universitetinin mütəxəssisləri 1068 tələbə arasında apardığı araşdırmanın nəticələrini açıqlayıblar.

"Oxford Economic Press"də dərc olunan məlumata görə, sorğuya cəlb edilənlərə cəmiyyətdə yüksək mövqe, yoxsa pulu üstün tutduqları barədə sual ünvanlanıb.

Sorğu iştirakçıları olan kişilərin çoxunu cəmiyyətdə yüksək mövqe, qadınları isə pul maraqlandırıb. Həmçinin, varlı və kasıb şəxslər arasında da fərqlər meydana çıxıb. Tədqiqatın rəhbəri Pol Fridcertsin sözlərinə görə, varlılar əsasən yüksək mövqeyi, kasıblar isə daha çox pulu əsas götürürlər.

Elnarə Əlosmanqızı
AzNews.az