Apteklərdə marixuana satılacaq

8 Dekabr 2012 10:46 (UTC+04:00)
Çexiya parlamenti marixuananın tibbi məqsədlər üçün istifadəsi ilə bağlı qanun layihəsinə səs verib. Qanun layihəsinə əsasən apteklərdən resept əsasında marixuana almaq mümkün olacaq. Qanun layihəsi Çexiya Senatının yuxarı palatası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Ancaq sığorta apteklərdən marixuana alınması üçün xərcləri ödəməyəcək.

Marixuananın istehsalı və ixracı ilə məşğul olmaq istəyən şirkətlər isə bunun üçün lisenziya almalıdırlar. Hələlik, Çexiyada marixuana yetişdirmək qanunsuz hesab edilir.

Məlumat üçün bildirək ki, artıq bir neçə ölkədə marixuananın tibbi məqsədlər üçün istifadəsinə icazə verilən qanunlar təsdiqlənib. Avropa ölkələri və ABŞ-ın bir neçə ştatında marixuanadan xroniki ağrılarda, xüsusən də xərçəng xəstəliyinin ağrılarında istifadə olunur.

Elnarə Əlosmanqızı
AzNews.az