Rafiq Ramazanova yeni vəzifə verildi
28 Noyabr 2016 12:41 (UTC+04:00)
Mia.az xəbər verir ki, M.Quliyev bir müddət öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə azad edilən ədliyyə polkovniki Rafiq Ramazanovu DTX-da şöbə rəisi vəzifəsinə təyin edib.
Xatırladaq ki, R.Ramazanov M.Quliyevin kadrlarından hesab olunur. O, M.Quliyevin rəis olduğu dönəmdə Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışırdı. Hətta Xidmətin Baş İdarəsinin rəis müavini vəzifəsinin icrası da Rafiq Ramazanova həvalə edilmişdi.
AzNews.az