Şirkət əməkdaşına qarşı dələduzluq edildi
28 Noyabr 2016 20:46 (UTC+04:00)
Report xəbər verir ki, Zefer Erik Kenoğlu hüquq-mühafizə orqanlarına yazılı qaydada müraciət edərək bildirib ki, ötən ilin oktyabr ayında Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Nuranə Məmmədova onu aldadaraq 10 min manat pulunu alıb və geri qaytarmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Zefer Erik Kenoğlu "Akkord Şirkətlər Qrupu"nda mühəndis vəzifəsində çalışır.
AzNews.az