Bakıda yeni yol polisi alayı yaradılıb - VİDEO

8 Dekabr 2012 11:36 (UTC+04:00)
Bakıda yeni yol polisi "alayı" yaradılıb. Yeni "alayın" əməkdaşlarını hər axşam saat 18.00-dan sonra Binəqədi rayonu 8-ci mikrorayon ərazisində, "Zirvə" şadlıq sarayının yaxınlığında görmək mümkündür.

İşıqforda dayanaraq polisin vəzifəsini icra edən sıravilər tıxacın qarşısını almaq üçün nəqliyyat vasitələrinin hərəkətini tənzimləməyə çalışırlar.

Əslində isə sıravi vətəndaşların bu "özfəaliyyəti" nəqliyyatın hərəkətini tənzimləmək əvəzinə, əlavə problemlər yaradır. Ərazidə tıxac daha da artaraq nəqliyyatın hərəkətini iflic vəziyyətə salır.



Mahir Hüseynbəyli
AzNews.az