Faiq Ağayev “Vida” konsertində “Əlvida” deyəcək

8 Dekabr 2012 12:02 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, xalq artisti Faiq Ağayev 27, 28, 29, 30 dekabrda Heydər Əliyev Sarayında verəcəyi 4 günlük "Vida" adlı konsertinə xüsusi hazırlıq görür.

AzNews.az-ın məlumatına görə, F.Ağayev yeni ifa etdiyi sözləri Xuraman Vəfaya, musiqisi Nailə Mirməmmədliyə məxsus olan "Əlvida" adlı yeni mahnını ilk dəfə konsertində səsləndirəcək.

Qeyd edək ki, artıq mahnının posteri də hazırdır. Posteri xalq artistinin pərəstişkarı Nisulik Cəfərova hazırlayıb.

Fuad Mədətov
AzNews.az