Hesablama Palatası “Azərsu“-da yoxlamalara başladı

8 Dekabr 2012 12:18 (UTC+04:00)


Azərbaycan Hesablama Palatası 2011-ci il və 2012-ci ilin I yarısında tikintisi başa çatmış obyekt və layihələrə dövlət vəsaitlərinin "Azərsu" ASC tərəfindən istifadə edilməsini yoxlayıb. Bu barədə AzNews.az-a Palatadan daxil olan məlumatda deyilir.

Hesablama Palatasının kollegiya iclasında "Azərsu"da auditlərin nəticələrinə dair rəy və hesabatlar müzakirə olunaraq təsdiq edilib. Palata bu məlumatların Milli Məclisə təqdim edilməsi barədə qərar qəbul edib.

AzNews.az