Prezident braziliyalı həmkarına başsağlığı verdi
30 Noyabr 2016 15:18 (UTC+04:00)
AzNews.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".