Layihələrini “Tik – idarə et – təhvil ver“ modelinə uyğun həyata keçirən investorlar rüsumlardan azad edilib

30 Noyabr 2016 19:40 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, qanuna aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilir:

"3.3. İnvestisiya layihələrini "Tik – idarə et – təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.".