Sautqeyt İngiltərə yığmasının baş məşqçisi vəzifəsinə təsdiq olunub

1 Dekabr 2016 00:04 (UTC+04:00)

Apasport.az xəbər verir ki, yığmanın baş məşqçi postuna Qaret Sautqeyt təyin edilib.

Keçmiş çalışdırıcı Sem Ellardaysın istefasından sonra müvəqqəti olaraq millinin başına gətirilən gənc mütəxəssis bu müddətdə özünü yaxşı tərəfdən göstərə bilib.

46 yaşlı futbol adamı ilə 4 illik müqavilə imzalanıb.

AzNews.az