ABŞ-da qanun layihəsi qəbul edildi - Rusiya diplomatları ilə bağlı

1 Dekabr 2016 09:26 (UTC+04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sənədə əsasən ABŞ-da akkreditə olan Rusiya diplomatik nümayəndələrinin əməkdaşları təqvim rübü ərzində öz iş yerlərindən 40 km uzağa səfər etmək üçün əvvəlcədən ABŞ hökumətini xəbərdar etməlidirlər.

Qərarın lehinə 390, əleyhinə isə 30 konqresmen səs verib.

ABŞ Konqresinin Nümayəndələr Palatası 2017-ci maliyyə ilində ABŞ kəşfiyyat xidmətlərinin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edib. Yeni qaydalar "ABŞ-da akkreditə olan Rusiya diplomat və konsullarının səfərlərinin məhdudlaşdırılması" adlı bölmədə yer alıb.

AzNews.az