Tramp ABŞ tarixində ilkə imza atdı
1 Dekabr 2016 20:36 (UTC+04:00)
AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Trampın administrasiyasında bir neçə multimilyoner, milyarder və hətta, "Forbes" jurnalının siyahısına düşmüş 2 nəfər var.Bütün vəzifələr tam tutulmasa da, milyonçuların sayının artma ehtimalı çoxdur.
Hazırda komandada bu şəxslər var: Ticarət naziri Uilbur Ross və onun gələcək müavini Todd Riketts, Maliyyə naziri, "Goldman Sachs"ın direktoru Stiven Mnuçin, Təhsil naziri, Riçard Devosun qohumu, "Amway" şirkətinin həmtəsisçisi Betsi Devos.
Trampın komandasına bu şəxslər də daxil edilə bilər: neft maqanatı, "Forbes"in "Ən zəngin amerikalılar" siyahısında 30-cu yerdə qərarlaşan Harold Hemm Energetika naziri, Amerikada restoranlar şəbəkəsinin sahibi Endryu Pazder isə əmək naziri ola bilər.
ABŞ prezidentinin komandasında olan şəxslərin əksəriyyəti varlı olaraq dünyaya gəliblər, elit məktəblərə gediblər, onlar daha çox maliyyə və siyasət sahələrində uğur qazanıblar.