18 yaşlı qızı atası öldürüb - Dəhşətli təfərrüatlar

2 Dekabr 2016 11:02 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Xurşud kəndinin sakinləri məlumat verib. Sakinlərin bildirdiyinə görə, Rauf Əsədxan oğlu Əsədov və onun oğlu Əkbər Əsədov Salyan Rayon Prokurorluğunda dindirilib:

"Dünən axşam Əkbəri buraxıblar. Onlar bu kəndə təzə köçüblər. Uzun illər rayonun yaxınlığında olan Qalalı kəndində yaşayıblar. Odur ki, Xurşud kəndinin əhalisi onları yaxşı tanımır. Evlərinə gediş-gəliş azdır, onlarla münasibəti olanlar yoxdur. Həyat yoldaşı həbsdə olduğundan sakinlər bu ailədən ehtiyyat edirlər. Ailənin özü də qonşularla əlaqə yaratmayıblar. Fərqanəgil ailədə 6 uşaqdır. Ailənin yalnız bir uşağı kənd məktəbinə gəlir. Rauf həbsdən qayıdandan sonra ailəsi ilə yola getmirmiş. Arvadı və uşaqları ilə sözləri düşürmüş."

Kəndin digər sakini isə bildirib ki, Rauf Əsədov kənddə kriminal adam kimi tanınır.

"Noyabrın 22-də həbsdən çıxıb. Bir həftədir ki, gəlmişdi. Bu vaxta kimi onun uşaqlarının haqqında kənddə hər hansı xoşagəlməz hadisə eşitməmişik. Rauf ağlıbaşında olan adam deyil".

Bahar RÜSTƏMLİ
AzNews.az