AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Nyu-york şəhərində qeydə alınıb. Mühafizəçi başqa bir şəxslə söhbət etdiyi üçün maşının yükyeri nəzarətsiz qalıb. Bundan istifadə edən oğru dəyəri 1,6 milyon dollar (təxminən 2 774 240 AZN) olan 39 kiloqramlıq qızıl çəlləyini götürərək dərhal hadisə yerindən uzaqlaşıb.
Polis həmin şəxs barədə məlumat verən vətəndaşa 100 000 dollar (təxminən 173 390 AZN) vəd edib.