Mila Kunis 2-ci dəfə ana oldu

2 Dekabr 2016 11:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Hollivudun məşhur aktrisası Mila Kunis və aktyor Eşton Katçerin oğlan uşaqları dünyaya gəlib. Bu cütlüyün ikinci övladıdır. 2014-cü ildə məşhur ailədə bir qız dünyaya gəlmişdi.

Mila və Eştonun uşağa hansı ad qoyması hələ açıqlanmayıb.

Məşhur cürtlük Mila Kunis və Eşton Katçer 2011-ci ildən görüşməyə başlayıblar.