Qızıl mədənində atışma - Ermənistanda

2 Dekabr 2016 11:48 (UTC+04:00)

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir neçə naməlum şəxs mədənin ərazisinə daxil olmağa cəhd ediblər. Atışma nəticəsində mədənin təhlükəsizlik əməkdaşlarından biri xəsarət alıb. O, ayaq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Polis artıq hücum edənlərdən birinin kimliyini müəyyənləşdirə bilib. Həmin şəxs 31 yaşlı Vardenis sakinidir. Digər şəxslərin axtarışı davam edir

Aydan