Türkiyədə atışma - 3 hərbçi şəhid oldu, 3-ü yaralandı (Video)

2 Dekabr 2016 12:33 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, atışma Çukurca rayonunun Güven dağı ərazisində baş verib. Hadisəni PKK terror qruplaşması törədib.

Türkiyə Hərbi Hava qüvvələrinin köməyi ilə həmin bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində çoxlu sayda terrorçu məhv edilib.