Bakıda 2 000 manata yeni il yolkası - VİDEO

8 Dekabr 2012 22:11 (UTC+04:00)
Artıq yol kənarlarındakı dirəklərdə bəzəkli elektrik lampalarını görmək mümkündür. Yolkalar hələ quraşdırılmasa da, yeni ilə aid oyuncaqların, Şaxta babaların satışına artıq başlanıb.

Yeni ilin əsas atributu olan yolkaların qiyməti isə öçülərinə uyğun dəyişir. Belə ki bəzəkli yolkaların qiyməti 30 manatdan başlayır. Hündürlüyü 2 metrədək olan yolkalar isə 700 manatdı. Hələ bu harasıdır, dükanlarda şok qiymətə - 2000 manata da yolka satılır.

Qiymətin bahalığı isə onların böyüklüyü və aksessuarlarının sayı ilə əsaslandırılır. Şəhər sakinlərinin yeni ilə hazırlığı isə müxtəlifdir.

Xatırladaq ki, bulvar ərazisində yeni il ərəfəsində sakinlərin əylənməsi üçün 10 yolka qurulacaq. Yolkaların qurulmasına dekabrın 15-dən start veriləcək. Bulvarda qurulan yolkalar arasında ən irisi Kukla Teatrının arxasında olacaq.

Şaxta baba və Qar qızlar isə lisenziya alandan sonra işə başlayacaqlar.

Xatırladaq ki, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək istəyənlər lisenziya almaq üçün ayrı-ayrılıqda 60 manat ödəməlidirlər.




AzNews.az