Gözəllik salonunda qadınlar arasında dava - Bakıda

2 Dekabr 2016 15:11 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda, metronun "Gənclik" stansiyasının yaxınlığında yerləşən qadın gözəllik salonlarından birində baş verib.

Belə ki, həmin salona müştəri kimi gedən 1975-ci il təvəllüdlü Samirə Cəmil qızı Seçkin orada çalışan Gülnar adlı saç ustası tərəfindən döyüldüyü barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az