Bu marşrutun hərəkət istiqaməti dəyişdirildi

2 Dekabr 2016 18:10 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, dəyişikliyə əsasən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzalından çıxdıqdan sonra "Moskva" prospektinə oradan isə Dadaş Bünyadzadə küçəsi ilə hərəkət edərək A.M. Şərifzadə küçəsi ilə yolunu davam etdirəcək.

Bu dəyişikliyin edilməsinin əsas səbəbi 2-ci Alatava qəsəbəsi sakinlərinin metronun "İnşaatçılar" stansiyasına eləcə də, şəhər mərkəzi istiqamətində gediş gəlişini asanlaşdırmaqdır. Dəyişiklikdən sonra Alatava sakinlərinin Bakı Beynəlxalq Avtovağzalına gediş gəlişi də asanlaşacaq.

AzNews.az