Nazirin anası qaçırıldı

10 Dekabr 2012 11:56 (UTC+04:00)
Nigeriyada naməlum şəxslər maliyyə nazirinin anasını qaçırıblar. Dünya Bankının keçmiş icraçı direktoru olan Nqozi Okondco-İvielanın anası, professor Kamene Okondco bazar günü Nigeriyanın cənubundakı evindən qaçırılıb.

Nazirliyin yaydığı məlumata görə, cinayətin hansı səbəblə törədildiyi hələlik məlum deyil. Ancaq bunun qadının nazir oğlunun fəaliyyəti ilə bağlı olacağı istisna edilmir.

Ölkəsində korrupsiya ilə mübarizə aparan şəxs kimi tanınan nazirin anasının pul almaq məqsədilə qaçırılması da istisna edilmir. Nigeriyada məhz bu məqsədlə tanınmış şəxslərin qaçırılması hallarına daha əvvəllər də rast gəlinib.

Elnarə Əlosmanqızı
AzNews.az