Dumanlı hava zəncirvari qəzaya səbəb oldu

2 Dekabr 2016 23:54 (UTC+04:00)

AzNews.az-ın APA-istinadən verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb.

Qarşı qarşıya hərəkətdə olan "VAZ 2107" və "Ford" markalı avtomobillər toqquşub. Hərəkətdə olan "Mercedes"də qəzaya uğrayan "VAZ"a çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Onlardan iki nəfərin vəziyyəti ağır, bir nəfərinki isə normal qiymətləndirilir.

Yaralılar Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib. Qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.