“Yastığınızın altındakı valyutanı lirəyə çevirin” - Ərdoğan

3 Dekabr 2016 16:35 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri İstanbulda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Xarici valyuta təzyiq altındadır. Dollar və avronuzu lirəyə çevirin. Milli valyutada bərəkət var. Rusiya prezidenti Vladimir Putinə də dedim ki, ticarəti yerli valyuta ilə edək. Təklif etdim ki, Rusiyadan aldığımız məsulları rublla alaq, Rusiya isə Türkiyədən aldığı məhsullara görə lirə ödəsin. Bu təklifi eyni zamanda Çin rəhbərliyinə də etdim. Tərəflər bu təklifi müsbət qarşıladı".