Millət vəkili Türkiyəyə gedir

10 Dekabr 2012 12:05 (UTC+04:00)
Milli Məclisin deputatı Fazil Mustafa 11-13 dekabrda İstanbul şəhərində keçirilən "Türk Dünyasını Aydınlatanlar" Uluslararası Simpoziuma məruzəçi olaraq qatılacaq.

AzNews.az-ın məlumatına görə, millət vəkili bu barədə "Facebook" səhifəsində yazıb. Deputat qeyd edib ki, sonra Avropa ölkələrinin birində Dağlıq Qarabağ dinləmələrində (13-15 dekabr) iştirak edəcək.

İlkin
AzNews.az