Beynin fəaliyyəti üçün ən faydalı ərzaq hansıdır?

3 Dekabr 2016 20:52 (UTC+04:00)

AZƏRTAC "Belta" saytına istinadla xəbər verir ki, elm adamları bu qənaətə 60-dan çox könüllü arasında aparılan eksperiment nəticəsində gəliblər.

Tədqiqatlarda yalnız yaşlı insanlar iştirak ediblər. Onlardan hər gün süd içmək tələb olunub. Nəticədə verilən tapşırığa riayət edənlərin beyinlərinin daha yaxşı fəaliyyət göstərdiyi müşahidə edilib.

Alimlər bunu süd içərkən insan orqanizmində müəyyən turşuluğun yaranmasına səbəb olan qlutationun əmələ gəlməsi ilə izah edirlər ki, bu da beyində yaşla əlaqədar xəstəliklərin qarşısını almağa kömək edir.

AzNews.az